Şənbə , Aprel 20 2024
Ana səhifə / Paytaxtda “stayanşik” polisə etiraz edib özünü yandırdı

Paytaxtda “stayanşik” polisə etiraz edib özünü yandırdı

Faktla bağlı araşdırma aparılır.

Bakıda 36 yaşlı kişi ofisdə özünü yandırıb.

Azinforum.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Bir neçə avtomobili cərimə meydançasına aparılan şəxs buna etiraz edib. Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən Evakuator xidmətinin ofisinə gələrək avtomobillərinin evakuatorla götürülməsinə irad bildirərək üzərinə benzin töküb yandırıb.

Nəsimi RPİ 21-ci Polis İdarəsindən verilən məlumata görə, N.Fərəcov həmin ərazidə qanunsuz formada parkinq ximdəti xidməti göstərirmiş. Buna görə də nəzarət etdiyi maşınlar polis tərəfindən cərimələnərək meydançaya aparılıb.

Cərimələnən avtomobillər N.Fərəcova məxsus olmayıb.

Maşın sahiblərinin ondan öz əmlaklarını tələb etməsindən sonra “stayanşik” ofisə gedərək özünü yandırıb.

N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın