Cümə , Avqust 19 2022
Ana səhifə / Aktual / Paşinyanın Azərbaycan-Ermənistan dəmir yolu ilə bağlı qərarı

Paşinyanın Azərbaycan-Ermənistan dəmir yolu ilə bağlı qərarı

Ermənistanda Arazdəyən-Meğri dəmir yolunun bərpası üçün işçi qrup yaradılıb. Müvafiq qərarı baş nazir Nikol Paşinyan verib.

“Ermənistan dəmir yolunun Yerasx (Arazdəyən) – Azərbaycan Respublikası – Meğri hissəsinin bərpası proqramının səmərəli həyata keçirilməsi üçün işçi qrupu yaradın, onun fərdi tərkibini təsdiq edin”, – deyə Sputnik Ermənistan sənəddən sitat gətirir.

Qrupa 10 nəfər daxil olub, Ermənistanın İrandakı keçmiş səfiri, Paşinyanın müşaviri Artaşes Tumanyan onun rəhbəri olub. O, rübdə bir dəfə görülən işlərlə bağlı hesabat təqdim etməli olacaq.

Həmçinin oxuyun

Başı milyonluq tenderlərə qarışan ƏMRULLAYEVİN NƏZƏRİNƏ… – Sakinlər NARAZIDIR…

Milli Qəhrəman İsgəndər Aznaurovun Şəmkir rayon Kür qəsəbəsindəki 1 saylı orta məktəbin həyətində ucaldılmış büstü …