Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Aktual / Paşinyanın arvadının başçılığıyla erməni qadınlar Qarabağda döyüş təlimi keçdi…-FOTOLAR

Paşinyanın arvadının başçılığıyla erməni qadınlar Qarabağda döyüş təlimi keçdi…-FOTOLAR

Ermənistan baş naziri N.Paşinyanın arvadı Anna Akopyanın təşəbbüsü və iştirakı ilə 25-31 avqust tarixlərində Azərbaycanın işğal altındakı torpaqlarındakı işğalçı hərbi hissələrdən birində Qarabada yaşayan müxtəlif yaş və ixtisaslardan olan 15 erməni qadının döyüşə hazırlıq kursları keçirilib. 

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, kursların məqsədi hərbi həyatla tanış olmaq, hərbi bacarıqlara yiyələnmək olub.

Kurslara qatılan erməni qadınlar  7 gün ərzində müəyyən edilmiş qaydada hərbi həyat keçiriblər, forma geyinərək hərbi hissədə gecələyiblər. Kurs müddətində iştirakçılar peşəkar, cərgə, atəş, bədən tərbiyəsi, taktiki əsas və ilk tibbi yardım mövzularında 20-dən çox dərs keçiblər.
P.S. Mütəmadi olaraq Azərbaycan qadınlarını sülhə səsləyən A.Akopyan indi də döyüşə hazırlıq keçir, özü də Azərbaycan torpağında…

Həmçinin oxuyun

“Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır” — SENSASİON AÇIQLAMA

“Biz ilk mərhələdə Rusiyanın buradakı şəbəkəsini çökdürməliyik”.Bunu KONKRET.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, …