Bazar ertəsi , May 20 2019
Ana səhifə / Aktual / Paşinyan Şuşada Ermənistan dramının muzeyini açdı… – FOTOLAR

Paşinyan Şuşada Ermənistan dramının muzeyini açdı… – FOTOLAR

Bu o deməkdir ki, Ermənistan Bakıdan təhlükə olmayacağından tam arxayın şəkildə xarici güclərin də yardımı ilə Azərbaycanın işğal altındakı torpaqlarındakı separatçı rejimə iqtisadi və maliyyə dəstəyi verəcək…
Dünən Azərbaycanın dövlət sərhədini saymazyana şəkildə pozmaqla vertolyotla işğal altındakı Xankəndinə gələrək  ermənilərin 9 May bayram tədbirlərinə qatılan Ermənistanın yeni Baş naziri Nikol Paşinyan Şuşaya da baş çəkib.
Moderator.az xəbər verir ki, bu haqda separatçı rejimin nəşrləri xəbər yayıb.  Öncə Şuşanın Xankəndi istiqamətindəki girişində 26 il öncə şəhərə girərkən Azərbaycan döyüşçüləri tərəfindən vurulmuş erməni tankının abidəsinə gül qoyan Paşinyan separatçı rejimin rəhbəri Bako Saakyanla birgə Şuşada  Ermənistan milli valyutası –dramının muzeyinin açılışı ilə bağlı tədbirlərə qatılıb. Ermənistan Mərkəzi bankının dəstəyi ilə yaradılmış muzeydə ermənilərin guya qədim “dövlətləri”nin, “çarlıq”larının dövründən bu günədək işlətdikləri  dəmir sikkə və kağız pulların nümunələri toplanıb…
P.S. Azərbaycanın işğal altındakı Şuşa şəhərində Ermənistan pulunun muzeyinin açılması o deməkdir ki,  ermənilər hərbi təhlükəsizlik baxımından tam arxayındırlar. Və rəsmi İrəvan bundan sonra xaricdəki diaspor və lobbilərin də yardımı ilə Azərbaycanın işğal altındakı torpaqlarındakı qondarma rejimə, o cümlədən ayrıca Şuşa şəhərinin abadlaşdırılmasına iqtisadi, maliyyə dəstəyini də əsirgəməyəcək.  Bu onu  da göstərir ki, ermənilər Rusiyadan da, ABŞ-dan da, Avropadan da Azərbaycanın işğal altındakı torpaqların azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamayacağına dair zəmanət alıb…
Yoxsa Qərbin, ABŞ-ın dəstəyi  ilə hakimiyyətə gələn və dünya birliyi tərəfindən rəsmən tanınan Paşinyan Rusiyanın  dəstəyi ilə Azərbaycanın əlindən alınmış Şuşaya belə arın-arxayın gəlib muzeyə-filana boş-boşuna maya qoymazdı… Bunlar hamısı öncədən planlaşdırılıb…

Həmçinin oxuyun

Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər

Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları əslən Kəlbəcər rayonundan olsalar da məcburi köçkün kimi Oğuz rayonunun …