Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Paşinyan Şuşa ilə bağlı bu detalları ilk dəfə xalqa etiraf etdi

Paşinyan Şuşa ilə bağlı bu detalları ilk dəfə xalqa etiraf etdi

Ermənistan baş naziri Nikol Paşinyanın noyabrın 10-da Dağlıq Qarabağda 44 gün davam edən hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli Bəyanatın imzalanmasından əvvəl Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların bəzi detallarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Paşinyan öz feysbuk hesabında bildirib ki, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezident”i kimi təqdim edən Araik Arutyunyan oktyabrın 19-da ona zəng edərək müharibəni dayandırmalı olduqlarını deyib.

“Mən Rusiya Prezidenti Vladimir Putinə zəng vurdum. Elə həmin gün Təhlükəsizlik Şurasının iclasını çağırdım. Ermənistan Prezidenti də iştirak etdi. Müxalifət xəbəri könülsüz qəbul etdi. Bildirdim ki, mən uğur qazana bilməyəcəyəm və ya xalqdan gizli bir şey etmək istəmirəm.

Heç bir açıq bəyanat verə bilmədim, çünki Azərbaycan açıq bəyanatımdan sonra təklifi rədd etsəydi, bu, bütün müqavimət sistemimizin çöküşü olardı. Yenidən Rusiya prezidentinə zəng etdim və dedim ki, razıyam. Bunu səhərədək Əliyevlə müzakirə edəcəyini və mənə zəng edəcəyini söylədi.

Putin bildirdi ki, erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması üçün öhdəlik götürməlidir. Şuşanı təhvil verməyə razı olsaydım, Azərbaycan yeni bir şərt qoyacaqdı. Beləliklə, atəşkəs mümkünsüz oldu, çünki dedim ki, Hadrutla razılaşsam da, Şuşanın Azərbaycana verilməsini təsəvvür edə bilmirəm. Beləliklə, heç bir razılıq əldə edilmədi. O zaman Cəbrayıl, Hadrut və yaxınlıqdakı bir neçə kənd, Füzuli və Talış Azərbaycan ordusunun nəzarətinə keçmişdi”. 

Paşinyan qeyd edib ki, bundan sonra da müharibə davam edib. Bir neçə gün sonra aparılan növbəti danışıqlardan sonra Ermənistanın baş naziri atəşkəs haqqında Bəyanatı imzalamağa məcbur olub.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …