Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Paşinyan ölkənin təhlükəsizliyinə cavabdeh şəxsi işdən çıxardı

Paşinyan ölkənin təhlükəsizliyinə cavabdeh şəxsi işdən çıxardı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kəramyan vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” saytı məlumat yayıb.

Onun yerinə isə daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsini icra etmiş Mikael Hambardzumyan gətirilib.

Daha əvvəl Arqişti Kəramyanın Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin strukturunda Rusiyada təhsil alan mütəxəssislər arasında kadr təmizlənməsinin aparılması ilə əlaqəli olduğu iddia olunurdu.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü A. Kəramyan cəmi 4 ay Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edib.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …