Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Paşinyan: “Ermənistan Azərbaycan, Naxçıvan və Türkiyə arasında nəqliyyat əlaqəsinin təmin edilməsində zamindir”

Paşinyan: “Ermənistan Azərbaycan, Naxçıvan və Türkiyə arasında nəqliyyat əlaqəsinin təmin edilməsində zamindir”

“Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu böyük iş görüb və buna görə mən çox minnətdaram”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib. O bildirib ki, həm mövcud yollarda, həm də çəkiləcək magistrallarda kommunikasiyanın açılması məsələləri müzakirə olunub.

Paşinyanın sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 9-cu bəndində deyilir ki, bütün nəqliyyat və iqtisadi kommunikasiyalar istifadəyə açıq olmalıdır və Ermənistan Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin təmin edilməsində zamindir.

“Eyni vaxtda ölkəmiz də Azərbaycan ərazisində yollardan istifadə edərək Rusiya və İranla əlaqələr qurmaqa imkanına malik olmalıdır”, – o vurğulayıb.

Nikol Paşinyan müsahibəsində qeyd edib ki, işçi qrup artıq mümkün marşrutları hazırlayıb. Xüsusilə, söhbət İcevan-Qazax, Berd-Tovuz, Anqeqakoç-Biçənək, Horadiz-Yerasx və Horadiz-Meğri-Ordubad-Yerasx hissələrindən gedir.

“Fikrimizcə, hər bir tərəf öz ərazisində Yerasx-Ordubad-Meğri-Horadiz marşrutu ilə həm dəmir yolu, həm də magistral yol çəkməlidir”, – Paşinyan vurğulayıb. Marşrutların sərhəd hissələrində gömrük, pasport və fitosanitar məntəqələrinin təchiz edilməsi də nəzərdə tutulub. Növbəti mərhələ işçi qrupun təkliflərinin müzakirəsidir. Bir sözlə, elə bir iş prosesi var ki, orada hər şey hamar getmir, müəyyən çətinliklər var, çoxlu texniki məsələlər ortaya çıxır… Amma düşünürəm ki, bizim birlikdə aradan qaldırmalı olduğumuz əsas problemlər siyasi müstəvidədir”.

virtualaz.org

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …