Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Aktual / “Paşinyan ermənilərə desin ki, Azərbaycan oğullarınızın əvəzində Köçəryanı, Sərkisyanı… tələb edir”

“Paşinyan ermənilərə desin ki, Azərbaycan oğullarınızın əvəzində Köçəryanı, Sərkisyanı… tələb edir”

“Oğlu Aşotun əvəzinə də  arvadı Annanı yollasın, Mehriban xanımın qarşısında diz çöküb üzr istəsin…” “Paşinyan Azərbaycana oğlu Aşotu yox, arvadı Anna Akopyanı versin.  O, 44 günlük son  savaşda Azərbaycana qarşı hərbi əməliyyatlarda komanda verən və eyni  zamanda erməni qadınlardan ibarət dəstələr hazırlayan bir şəx kimi Azərbaycan rəhbərliyinin bir sıra suallarına cavab verməlidir. Həm də Ermənistan liderinin arvadı hələ müharibədən xeyli əvvəl Şuşada və Xankəndində verdiyi açıqlamalarındakı kinayəli ifadələrinə görə Azərbaycanın 1-ci Vitse-prezidenti”.  Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı polkovnik  Azay Kərimov ifadə edib.  “İkincisi və ən əsası,  əgər Paşinyan ağıllı adam olsaydı, erməni toplumuna müraciət edərdi ki, Azərbaycan xalqı və dövləti həmin “əsir” deyilən onlarla diversantın, yəni oğullarınızın əvəzində 1-ci Qarabağ savaşında, xüsusən Xocalı soyqırımında əli olan  ilk növbədə terrorçu eks-prezidentlər Robert Köçəryanı, Serjik Sərkisyanı, Azərbaycana qarşı qırğınların baş ideoloqlarından  Zori Balayanı, katolikos II Qaregini, keçmiş müdafiə naziri Seyran Ohanyanı, Qarabağdakı separatçı rejimin keçmiş başçıları Arkadi Qukasyanı, Bako Saakyanı, eləcə də  Gəncəyə raket atmaq əmrini vermiş indiki separatçı-terrorçu başçı Araik Arutyunyanı, həmin separatçı xuntanın keçmiş “müdafiə nazirləri” Samvel Babayanı, Movses Akopyanı,  sonrakı nazirlər Karen Abramyan və Calal Arutyunyanı,  separatçı rejimin hazırkı qanunsuz “təhlükəsizlik katibi”, terrorçu general Vitali Balasanyanı, Ermənistanın  bütün  keçmiş baş qərargah rəislərini, Arşavir Qaramyanı, Senor Xaçatryanı, Ter-Qriqoryantsı, “Arabo” batalyonunun komandiri olmuş Manvel Yegizaryanı və s. kimi generalından, zabitindən tutmuş serjantınadək əli Azərbaycan xalqının qanına batmış bütün  qatillərin yaxalanaraq Bakıya təhvil verilməsini tələb edir. Bundan əlavə, 1-ci Qarabağ savaşında əsir və girov götürülmüş və hazırda itkin sayılan 4 mindən çox Azərbaycan vətəndaşının sağ qalanların özləri, həlak olanların isə cəsədləri Azərbaycan təhvil verilməlidir. Həmçinin, Ermənistan tərəfindən Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış ərazilərinin minalanmış sahələrinin xəritələri təcili verilsin. Yalnız bu halda Azərbaycan dövləti və xalqı, eləcə də Qarabağ şəhidlərinin ata-ana, ailə və övladları, həmçinin Qarabağ qaziləri Bakıdakı diversantların Ermənistana verilməsi haqda düşünə bilər. Odur ki, bu gündən başlayaraq Ermənistanın Paşinyan başda olmaqla hökuməti, Müdafiə Nazirliyi, Təhlükəsizlik Xidməti, Polisi, eləcə də Bakıda olan erməni diversantların ata-ana, qardaş-bacı, övladları, həyat yoldaşları və digər ailə  üzvləri adları çəkilən qatillərin tutulması üçün əllərindən gələni etməlidir. Əgər erməni tərəfi bu şərtlərlə razılaşsa, Azərbaycan Baş Prokurorluğundan bütün deyilən qatillərin siyahısını götürə bilər. Onu da vurğulamaq lazımdır ki, əslində R.Köçəryan, S.Sərkisyan, eləcə də Manvelyan kimilər erməni toplumunun özünə qarşı da cinayət törətmiş şəxslər sayılır”-deyə söhbətinin davamında Qarabağ qazisi vurğulayıb.

Həmçinin oxuyun

Türkiyə tarixində ən böyük diplomatik skandal: 10 Qərb səfiri ölkədən gedəcəkmi?

Ərdoğan Gezi hadisələrinə görə həbs edilmiş Osman Kavalanın azad olunmasını istəyən 10 səfiri “persona non …