Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Aktual / Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi cəbhə xəttinə çevrilməməlidir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə hökumət başçısı həmyerlilərinə müraciətdə bildirib.

“Hərbi qüvvvələrimiz sərhəd boyunca yerləşdirilib. Bu proses insanların anlayışında problemlər yaradır. Müxtəlif praktik problemlər var, amma bu həll olunan bir məsələdir və biz bunun üzərində işləyirik. Bundan sonrakı hərəkətlərimiz onu cəbhə xəttinə deyil, həqiqətən sərhəd halına gətirməyə yönəldilməlidir və biz bu istiqamətdə hərəkət etməliyik”, – deyə Paşinyan bildirib.

Həmçinin oxuyun

Milli Qəhrəmanlarımız Türkiyəyə başsağlı verdi

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi qardaş Türkiyədə baş verən və çoxlu sayda insan …