Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “PAŞA İLUSUYSKİ” İLUSULULARIN DƏSTƏYİNDƏN NİYƏ MƏRHUM OLUR? – ZİDDİYYƏT BÖYÜYÜR (VİDEO)

“PAŞA İLUSUYSKİ” İLUSULULARIN DƏSTƏYİNDƏN NİYƏ MƏRHUM OLUR? – ZİDDİYYƏT BÖYÜYÜR (VİDEO)

Azinforum.az  “Çətin seçki dairəsi” rubrikasını davam etdirir. Yenidən Qax 112 saylı dairəsindən baş verən vəziyyətlə bağlı məlumat verəcəyik. Qeyd edək ki, həmin dairədən  deputatlığı əsas iddialı şəxslərdən biri də Ukrayna Qafqaz Xalqları Konqresinin (UQXK) sədri Paşa Məmmmədov-İlusuyskidir.

Aldığımız məlumata görə, Paşa Məmmədov rayondakı yaxın ətrafını 100 faiz deputat seçiləcəyinə inandıra bilib. Qaxdakı mənbəmizin verdiyi məlumata görə, Paşa İlusuyski yaxınları  ilə söhbət zamanı bildirib ki, hakim partiya həmin dairədən güclü namizəd irəli sürməyəcək: “O, həmin dairənin ona güzəştə gedildiyinə dair rəy formalaşdırır, hətta çox möhtəbər adamların onu dəstəklədiyini deyir.  DSK-dan ilk imza vərəqələrini alan namizəd də odur. İmza vərəqlərini alan gün Paşa Məmmədovun rayondakı evində böyük izdiham yaşanıb. Şəxsiyyət vəsiqəsilə birgə namizədin irəli sürülməsinə dair blanka imza atan bütün qaxlılara İlusuyski tərəfindən qonaqlıq verilib. Bu şəxs deyir ki, Əhməd Əhmədzadəninin oğlu Cuma onun qorxusundan namizədliyini irəli sürməyəcək və seçkilərin əsas favoriti odur”.

Azinforum.az-ın əldə etdiyi dəqiq məlumata görə, hələ seçki kampaniyasına rəsmən start verilməmiş, Paşa Məmmədovun belə arxayın davranışı Əhmədzadələrin xoşuna gəlməyib. Artıq Əhmadzadələr Paşaya qarşı güclü bir kartı işə salıblar. Bildirilir ki, Əhməd Əhmədzadə gənc diaspor nümayəndəsini yerində otuzdurmaq üçün, yaxın dostu olan və “İlusu klanı”nın ağsaqqalı kimi tanınan Sadıx Murtuzayevə müraciət edib.  Adını çəkdiyimiz şəxs uzun müddət Azərbaycanın müxtəlif rayonlarında “raykomun” 1-ci katibi işləyib. Sadıx Murtuzayevin bölgədə böyük nüvuzunun olması ilə yanaşı, həm də geniş maliyyə imkanlarına sahibdir. Paşanın İlusunun adı ilə  Sadıx Murtuzayevdən xeyir-dua almadan “guruldaması” ona baha başa gəlib. Deyilənə görə, artıq Sadıx Murtuzayev öz tərəfdarlarına onun qələmini sındırmaqla bağlı təlimat da verib.

İlusudakı  əsas dayağının itirildiyinin fərqində olan  Paşa Məmmədov populist çıxışlar etməyə başlayıb. Amma ətrafında yaxşı imicmeykerləri olmayan namizəd  elə həmin davranış və çıxışlarında kobud səhvlərə yol verib. Paşanın buraxdığı səhvlər o qədərn primitivdir ki, alternativləri həmin faktlardan “tutub”  onun namizədliyini ləğv belə edə bildirərlər. Məsələn, Paşa Məmmədovun öz Facebook səhifəsində yazdığı bir statusa diqqət edək:

” Əziz Qaxlılarım! Bu yaxınlarda hər birinizə aidiyyəti olan bir bəyanatla qarşınıza çıxacam. Bundan öz şəxsi mənafeyinə qulluq edənlər və həmyerlilərindən öz maraqları naminə istifadə edənlər xoşlanmayacaq. Lakin, mən hər zaman xalqımın və millətimin maraqlarını üstün tutaraq həm Azərbaycanda həmdə bir cox xarici dövlətlərdə fəaliyyət göstərmişəm. Bu fəaliyyət nəticəsində xaricdəki erməni lobbisinə bir cox zərbə və zərər dəyib ki, onlar tərəfindən mənə qarşı üc hücum və suiqəst törədilmişdir. Hər birinizi əmin edirəm ki, bugündən etibarən mənim əleyhimə və mənə qarşı hərəkətdə olan hər bir insan, məhz sizin mənafeyinizin və mövqeyinizin düşmənidir.Mən onları bizim düşmənimiz olan ermənilərdən ayırmıram. Məhz ona görə ki, bu günə qədər mənim əleyhimə və mənə qarşı ancaq ermənilər iş görüblər. Sapı bizlərdən olan baltalara Sizin mənafeyinizi baltalamaqa imkan verməməliyik. Bizim gücümüz bizim birliyimiz və fəallığımızdadır”.

Bu statusun sonunda yazılanlardan görünür ki, Paşa Məmmədov seçki şüarı ilə çıxış edir, tərəfdarlarını birliyə və fəallığa səsləyir. Ancaq o, öz alternativlərinə də dolayısı ilə söz çatdırır. Nə qədər qəribə olsa da, Məmmədov Qaxda erməni barmağının güclü olmasına işarə edir və özünü o qədər müqəddəsləşdirir ki, ona qarşı olunan bütün xoşagəlməz  hərəkətlərin erməni sifarişi ilə edilə biləcəyini qabardır. Olduqca ağır ittihamdır. Onun yayacağı bəyanatda  hansısa namizədin adı erməni təxribatını aparan kimi  qeyd edilsə, bu, Paşa Məmmədovun namizədliyinin ləğv olunması üçün tam əsas ola bilər.

P. Məmmədovun etdiyi digər bir qanunsuzluq isə, seçki təbliğatına start verilməmiş televiziyalar vasitəsilə özünü reklam etməsidir. Belə getsə, Paşa İlusuyski “tez parlayan, tez sönər”  deyimilə razılaşmalı olacaq.

Azinforum.az Paşa Məmmədovun özü tərəfindən yayılan təcümeyi  halını da yayımlayıb. Həmin məlumatlarda diqqət çəkən məqamlardan biri Paşa Məmmədovun birdən-birə diplomatik fəaliyyətinə xitam verməsilə bağlıdır. Onun tərəfindən  bu mühüm məsələyə həmin sənəddə aydınlıq gətirilməsə də, həmin səbəblər bizə məlumdur. Mövzuya qayıdacayıq…

Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dinləməyə hazırıq.

 

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın