Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “PAŞA İLUSUYSKİ” AZƏR KƏRİMLİYƏ ŞEİRLƏ “İLİŞDİ” – Qaxda mübarizə qızışır

“PAŞA İLUSUYSKİ” AZƏR KƏRİMLİYƏ ŞEİRLƏ “İLİŞDİ” – Qaxda mübarizə qızışır

Azinforum.az xəbər verir ki, qarşıdan gələn parlament seçkilərinə qalan müddət azaldıqca, mandata iddialılar arasındakı mübarizə daha kəskin xarakter alır. Qax seçki dairəsində mübarizənin indidən qızışdığı nəzərə çarpır.

Mandata iddialılardan biri də tanınmış diaspor nümayəndəsi Paşa Məmmədovdur (İlusuyski). O, deputalığa namizəd olacağı ilə bağlı fikirlərini tam açıqlamasa da, bütün davranışlarından mandata böyük həvəsinin olduğu görünür. Hətta, bu yaxınlarda Paşa İlusuyski bir qrup media nümayəndəsinin və xaricdən gələn turistlərin  Qax rayonuna səfərini də təşkil edib. Təbiidir ki, bütün bu gedişatlardan piar iyi gəlir.

Hətta vəziyyət o yerə çatıb ki, Paşa İlusuyski  seir dili ilə Qaxdan iki çağırış deputat mandatı qazanan Azər Kərimlinin də bostanına daş atıb. Paşa Məmmədov bu mesajla alternativi ola biləcək Azər Kərimlinin  əvvəlcədən gözünü  “qırmaq” istəyir. Yazılan şeirin Azər Kərimliyə ünvanladığı deputatın məhz nadir ağacların xaricə satılması biznesinə nəzarət etdiyi səbəbindən inandırıcı görünür.

pasha

Azinforum.az Paşa Məmmədovun öz Facebook səhifəsində yazdığı şeiri təqdim edir:

Qulaq as amillət, danışaram rəvayət.
Böyük orman, meşə varmış, parça dəmir onu qırarmış.
Hamı təşvişə düşdü, ağaclar yalaqdan, tərs calaqdan düşdü.
Bəlkə nəfsimizdi ya paxıllığımız, qırdı tökdü meşəmizi kicik dəmir parcası.
Palıdı, çinarı yamanca doğradı, bizi kötüyümüz üstə baltaladı.
Qoca palıd dinlədi, sonra hamıya söylədi.
Dəmir ağac, a şah palıd, sizsiz bu meşənin yaşıl qatı.
Öz ağrılarımız, acılarımız, balta sapı olan ağaclarımız!
Dəmir parcası nə imiş, sapı özümüzdən olan balta,
Yaman kəsdi bizi, doğradı…
Bu sapı vermişik namərdə, bu sapı vermişik özgə əlinə.
Sapının ucunda dəmir parca, kəsdi başımızı, yaşılımızı.
Sapı bizdən olan baltalar, bir-birimizdən soyutdu bizi.
Əlimiz kəsdi öz əlimizi, dilimiz kəsdi dilimizi.
Sapımıza keçən boğazımız, başımıza dəyən qapazımız.
Tiyəsindən haray, sapından haray!
Haray dərdlərimiz, acılarımız,
BALTA SAPI OLAN, SIZLƏR DEYİLSİNİZMİ AĞACLARIMIZ?!

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın