Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “PAŞA İLİSUYSKİNİN” ATASI TUTDUĞU VƏZİFƏDƏN NİYƏ AZAD EDİLDİ? – GƏRGİN SEÇKİ ATMOSFERİNİN BUNLA ƏLAQƏSİ VARMI…

“PAŞA İLİSUYSKİNİN” ATASI TUTDUĞU VƏZİFƏDƏN NİYƏ AZAD EDİLDİ? – GƏRGİN SEÇKİ ATMOSFERİNİN BUNLA ƏLAQƏSİ VARMI…

Azinforum.az xəbər verir ki, son parlament seçkilərində 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd olan Paşa Məmmədovun (İlusuyskiy) atası Xəyyam Məmmədov  dünən tutduğu vəzifədən azad edilib. Bu barədə, məlumatı Paşa Məmmədovun özü verib.  Qeyd edək ki, Xəyyam Məmmədov uzun müddət Qax rayonunun icra başçısı vəzifəsində işləyib. Onun son iş yeri isə, Ağ Ciyər Xəstəlikləri İnstitunun baş həkimi vəzifəsi olub.

Xatırladaq ki, Paşa Məmmədovun namizədliyini irəli sürdüyü dairədəki seçki mübarizəsi ən gərgin keçənlərdən biri kimi yadda qalıb. Həmin dairədə seçkilərə bir neçə gün qalmış Paşa Məmmədovun namizədliyi ləğv edildi. Namizəd  bütün hüquqi instansiyalara müraciət  etsə də,  qərarın ləğvinə nail ola bilmədi.  Rəsmi nəticələrə görə 112 saylı  seçki dairəsindən  iş adamı Azər Kərimli mandat qazandı.

Azər Kərimli fövqəladə hallar naziri Kəmaləddin Heydarova yaxın şəxs kimi xarakterizə edilir.

Seçki prosesində Azər Kərimli ilə Paşa Məmmədov bir-birini qara piar aparmaqda ittiham edib. Xəyyam Məmmədovun hansı səbəbdən  tutduğu vəzifədən azad edilməsi  barədə isə hələ ki,  dəqiq məlumat verilməyib. Xatırladaq ki, Xəyyam Məmmədov  həm Qaxda böyük nüfuza malik olan insan,  eyni zamanda, ağ ciyər sahəsinin əvəzolunmaz mütəxəsisi kimi tanınır. İş günün sonu olduğundan məsələni Səhiyyə Nazirliyi ilə dəqiqləşdirə bilmədik. Mövzuya qayıdacayıq…

Vidadi CƏNUBLU

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın