Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “PAŞA Holdinq”in direktoru dəyişdi

“PAŞA Holdinq”in direktoru dəyişdi

Cəlal Qasımov “PAŞA Holdinq”in yeni direktoru təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu postda Mir Camal Paşayevi əvəz edən Qasımov vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Cəlal Qasımov “PAŞA Holdinq”də baş icraçı direktorun müavini, Bankinq Qrupun (Banking Group) rəhbəri olub.

Onun Mir Camal Paşayevi əvəz edəcəyi hələ ötən ilin dekabrından məlumdur. Sözügedən qərarın, üzərində artıq iki ildən çox işlənilən “Liderlərin inkişafı və davamlılıq proqramı” nəticəsində Holdinq tərəfindən qəbul edildiyi bildirilmişdi. Mir Camal Paşayev isə öz növbəsində şirkətin idarəetməsini, korporativ idarəetmə islahatları nəticəsində yaradılacaq Holdinqin Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …