Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Aktual / “Paşa Bank”ın iddiası ilə həbs olunan YAP fəalına 12 il iş istədilər

“Paşa Bank”ın iddiası ilə həbs olunan YAP fəalına 12 il iş istədilər

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror Cəbrail Fərzəliyevin 12 il azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, iş üzrə “Paşa Bank” ASC və “Azərbaycan Respublikasının Gənclər Fondu” zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat “Azərbaycan Respublikasının Gənclər Fond”una, 342 min manat isə “Paşa Bank”a qarşı mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub. 2016-cı ilin yanvar-fevral aylarında Cəbrayıl Fərzəliyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına – yap.org.az-a 5 dəfə açıqlama verib. Bu açıqlmaların 1-də Cəbrayıl Fərzəliyev Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri, 4-də isə YAP-ın gənc fəal üzvü kimi təqdim olunur.
Lakin, Cəbrayıl Fərzəliyevin həbs olunması ilə bağlı xəbər yayıldıqdan sonra – mart ayının 3-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi məlumat yayaraq bildirib ki, YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət üzvləri sırasında Cəbrayıl Fərzəliyev adlı şəxs yoxdur. Report

Həmçinin oxuyun

Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb – Araşdırma/Video

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə …