Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Partlayışa görə həbs edilən menecer obyekti qardaşı ilə birgə açıbmış – Fotolar

Partlayışa görə həbs edilən menecer obyekti qardaşı ilə birgə açıbmış – Fotolar

Xəbər verdiyimiz kimi, Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.

“Qafqazinfo” həbs edilən menecer Orxan Səfərovla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində “Z Place” adlı gecə klubunu işlədib. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti icarəyə götürərək oranı “Location” gecə klubu adı ilə açıblar.

Fotoda Elşən Səfərov və qardaşı Orxan Səfərov 

Qeyd edək ki, gecə klubunu icarəyə götürərək işlədən “Merser Food” MMC-nin hazırda 711 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi əvvəllər Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur. Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Fotoda solda Orxan Səfərov, sağdakı isə “Merser Food” MMC-nin keçmiş qanuni nümayəndəsi Qulu Umudov:

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …