Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Aktual / PARTİYALARIN GƏRGİN TOPLANTISI: “Tutulan siyasiləri buraxaq, daha başımız ağrımasın…” – 3 partiya qatılmadı

PARTİYALARIN GƏRGİN TOPLANTISI: “Tutulan siyasiləri buraxaq, daha başımız ağrımasın…” – 3 partiya qatılmadı

Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda “dəyirmi masa” keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları iştirak ediblər.
YAP sədrinin müavini Əli Əhmədov ölkə müxalifətini milli maraqlardan çıxış etməyə çağırıb. O, xaricdəki mühacirlərin fəaliyyətini tənqid edib: Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox. Mühacirlər əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı “demokratik”, Azərbaycan isə “anti-demokratik” göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, Azərbaycandan xaricə gedən, anarxist mövqe nümayiş etdirən, mühacir müxalifət adlandıran, səbatsız, iradəsi zəif insanlar Azərbaycana qarşı mübarizə aparırlar: “Söyüş, əxlaqsız fikirlər, Azərbaycanın bütün rəsmi şəxslərinə, dövlət adamlarına, onların ailəsinə, özlərinə qarşı dayanan kim varsa, onlara ünvanlanıb. Bu şəxslər ümidsizlik mühiti yaradırlar. İttifaqı zəiflətmək üçün də dövlətin üzərinə gəlirlər. Xüsusi olaraq bunların içərisində xalqa qorxu hissi yaratmağa çalışırlar. Ermənistandan Gəncəyə qədər tunel açdığını deyirlər, ağızları köpüklənə-köpüklənə Azərbaycandakı müxalifəti aşağılayaraq, özlərini həqiqi müxalifət elan edirlər, Ermənistanın dövlət maraqlarına xidmət etməkdədilər. Sizin hər biriniz zaman-zaman Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutmusuz. Niyyətimiz budur ki, dövlət öz işini görür və görməkdədir. Bu, onun məsuliyyətidir. Bu məsuliyyət hissindən çıxış edərək, öz iradəmizi ortalığa qoymalı, Azərbaycan dövlətçiliyinin yanında olmalıyıq”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, Azərbaycanda iqtidarla müxalifətin münasibətlərinin zəif olması bəzi xoşagəlməz hallara yol açır: “Təklif edirəm ki, dialoq mühiti yaradılsın, problemlər müzakirə edilsin. Bir sözlə, cəmiyyətlə təmas genişləndirilməlidir.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bəzi müxalifət təmsilçilərinin hakimiyyəti ittiham etməsinə belə cavab verib: “Bütün problemləri iqtidarın üzərinə atmaq olmaz. Çünki ermənilər bundan istifadə edə bilər. Hər kəs məsuliyyətini dərk etməlidir”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyri-hökumət təşkilatlarının xaricdən qrant ala bilməməsinə toxunub. O deyib ki, bu problemlər aradan qaldırılsa, yaxşı olar.
O, siyasi fəaliyyətinə görə həbs edildiyi iddia edildiyi şəxslərin azadlığa buraxılmasını təklif edib: “Buraxaq, daha başımız ağrımasın…”
N.Cəfəroğlu yerlərdə məmurların özbaşınalıq etdiyini qeyd edib: “Biz rayonlara gedirik, vəziyyəti görürük. Bəzi məmurlar insanları narazı salırlar. Bunun qarşısı alınmalıdır”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn dialoq tərəfdarı olduğunu qeyd edib: “Görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar”.
Azərbaycan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa milli qüvvələr xarici müdaxiləyə qarşı vahid mövqedən çıxış etməlidirlər: “Siyasi qüvvələr dialiq mühiti yaratmalıdır. Heç kəsə düşmən kimi baxmamalıyıq”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxışında bəzi mühacirlərin söyüş ritorikasından istifadəsini pislədiyini deyib.
Partiya sədri daha sonra ATƏT-in Minsk qrupunu tənqid edib. Deyib ki, digər münaqişələrdə belə bir vasitəçi qrup yoxdur: “Minsk qrupunun məqsədi Qarabağı hansısa formada Azərbaycandan alıb, Ermənistana verməkdir”.
Daha sonra o, Patruşevin Başkı səfərinə toxunub və danışıqların məzmunu haqda tənqidi fikirlər səsləndirib.
Sərdar Cəlaloğlu bu fikirləri YAP sədrinin müavini Əli Əhmədovun etirazına səbəb olub. YAP rəsmisi qeyd edib ki, heç bir beynəlxlaq təşkilatın hansısa dövlətin daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Minsk qrupu kimi təsisatlar sadəcə vasitəçilik funksiyasını yerinə yetirə bilər. Bu və ya digər məqamlarda qeyri-ciddi arqumentlər gətirməklə mətbuata insanları çaşdıran fikirlər yönəltmək düzgün deyil”.
Ə.Əhmədov Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı görüşlə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: “Patruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də “Dostluq” ordeni var. Rusiyada da həmçinin bu ənənə var. Bu, torpağın qorunmasına və müdafiə olunmasına görə deyil. Sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə verilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!”.
AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, hakimiyyət siyasi aministiya elan edərsə, bu, məqsədəuyğun olar: “Mühacirətdə olanlar Azərbaycana dəvət edilsin, onların təhlükəsizliyinə təminat verilsin, o zaman kimlərinsə guya xarici qüvvələrə işləməsi məsələsi aradan qalxar”.
Sonda bəyanat qəbul edilib.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, onlar tədbirə qatılmayıblar.
AXCP sədri Əli Kərimli isə, ümumiyyətlə, tədbirə dəvət olunmayıb.

Həmçinin oxuyun

BAKIDA ƏSGƏR MƏZARLIĞI SALINIR! – Müdafiə naziri təsdiq etdi…

Bakıda, İkinci Fəxri Xiyabanın yaxınlığında yeni şəhidlər xiyabanının salınması barədə məsələyə aydınlıq gətirilib. “AzPolitika” xatırladır ki, …