Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Aktual / Partiya sədrindən Kəmaləddin Heydərova şəxsi təbrik

Partiya sədrindən Kəmaləddin Heydərova şəxsi təbrik

Azərbaycanda fəaliyyət göstərən Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov öz “Feysbuk” səhifəsində şəxsən özünün və rəhbəri olduğu partiyanın adından fövqəladə hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib. Qeyd edək ki, nazirin bu təltifə layiq görülməsilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Mirkazım Seyidovun nazirə ünvanladığı təbrikdə bunlar deyilir:

“Hörmətli FHN naziri Kəmaləddin Heydərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması çox təqdirəlayiqir. Hesab edirik ki, cənab nazir bundan da daha yüksək dövlət mükafatlarına layiqdir. Çünku onu başqa məmurlardan fərqləndirən xeyirxah əməlləri, Vətənə, Dövlətə və Xalqa olan sədaqəti və səmimiyyətidir. Mən şəxsən öz adımdan və partiyamız adından onu ürəkdən təbrik edirəm. Kəmaləddin Heydərova gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram”.

Azinforum.az

Həmçinin oxuyun

Kanadanın müharibədə Azərbaycana dəstəyə görə Türkiyəyə embarqo qoyan şirkəti müflis oldu

Kanadanın İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdiyi üçün Türkiyəyə silah embarqosu qoyan müdafiə şirkəti müflis …