Ana səhifə / Aktual / PARTİYA SƏDRİ RÖVNƏQ ABDULLAYEVƏ “ƏLÇƏK ATDI” – ALTERNATİV

PARTİYA SƏDRİ RÖVNƏQ ABDULLAYEVƏ “ƏLÇƏK ATDI” – ALTERNATİV

Bu gün “Qarabağ QHT Alyansı”nın təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə maraqlı anlar yaşanıb. Xatırladaq ki, tədbir qarşıdan gələn Parlament seçkilərinə həsr olunub.  Dəyirmi Masada iştirak edən müxbirimizin verdiyi məlumata görə,  Böyük Millət Partiyasının sədri Samir Adıgözəllinin kəskin çıxışı xüsusilə yaddaqalan olub. Partiya sədri parlamentin əksər fəaliyyətsiz  deputatlarını tənqid atəşinə tutub və bildirib ki, onların yerinə mütləq gənclər seçilməlidir. Maraqlıdır ki, Samir Adıgözəllinin daha çox tənqid etdiyi deputatlar sırasında ARDNŞ şefi Rövnəq Abdullayev də olub.

Gənc siyasətçi qeyd edib ki, yaxşı olar ki, Rövnəq Abdullayev gedib şirkətin işlərilə məşğul olsun: “Mən, məndat arzusunda olan şirkət rəhbərlərini, universitet rektorlarını anlaya bilmirəm. Onların onsuz da görməyə işləri çoxdur, niyə mandata can atırlar?”

Samir Adıgözəlli Azinforum.az-a açıqlamasında bildirdi ki, onun Rövnəq Abdullayevin iki dəfə dalbadal seçildiyi 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olmaq fikiri var:

 

rovneq

“Mənim özüm Nizami rayonunda qeydiyyatdayam. Uzun illərdi ki, həmin rayonun ərazisində yaşayıram. Əminliklə deyə bilərəm ki, oranın əhalisini Rövnəq Abdullayevin deputat fəaliyyəti qane etmir. Hələlik seçki təbliğatına rəsmən start verilmədiyi üçün, ətraflı danışmaq istəmirəm. Ancaq bu gün bəyan edirəm ki, 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olacağıma dair qəti qərar vermişəm”.

Azinforum.az olaraq qeyd edirik ki, Samir Adıgözəlli 1975-ci ildə Naxçıvan MR-in Ordubad rayonunda anadan olub. Tələbəlik illərindən aktiv siyasətə qoşulub. Türk Millətçi Gənclər Təşkilatının yaradıçılarından olub. 1999-cu ildə bir qrub gənc silahdaşı ilə Böyük Millət Partiyasını təsis edib. Samir Adıgözəlli eyni zamanda, ictimai fəaliyyətlə də məşğuldur. O, Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor Mərkəzinin icra aparatının rəhbəri vəzifəsini daşıyır. Ali təhsillidir. Ailəlidir – bir oğul, bir qız atasıdır. Bir neçə xarici dildə sərbəst danışır. Dünyanın bir çox nüfuzlu elm ocaqlarında mühazirələri dinlənilib.

Azinforum.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, bu seçkilərdə Rövnəq Abdullayevin namizədliyini irəli sürmək fikiri yoxdur. Samir Adıgözəlliyə gəldikdə isə,  qalmaqallı siyasətçi kimi tanınan bu şəxs ARDNŞ şefinin seçkilərə qatılmayacağının fərqindədir. Sadəcə, yayındırıcı manevr kimi hədəf olaraq Rövnəq Abdullayevi seçir. Hakimiyyətin bir qolu ilə yaxınlığı olan Samir Adıgözəllinin birdən-birə bu seçki dairəsində peyda olması da təsadüf sayıla bilməz. Hər halda, bu seçki dairəsində də gərgin mübarizənin gözlənildiyini təxmin etmək olar.

Rövşən ƏLİ,

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın