Ana səhifə / Aktual / Parlamentdə yaltaqlıqla mübarizəyə ilk qalxan kimi olub? – Qüdrət Həsənquliyev, yoxsa Musa Musayev (VİDEO)

Parlamentdə yaltaqlıqla mübarizəyə ilk qalxan kimi olub? – Qüdrət Həsənquliyev, yoxsa Musa Musayev (VİDEO)

“Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır”.

Azinforum.az xəbər verir ki, bu təkliflə Milli Məclisin  ötən ay keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib. Çox maraqlıdır ki, deputatın  həmin çıxışı onun partiyadaşları və yaxınları tərəfindən partiya sədrinin xeyri üçün ciddi piar edilib. Hətta bəzi təqdimatlarda bu innovativ təklifin ölkəmizdə  ilk dəfə Qüdrət Həsənquliyev tərəfindən səsləndirildiyi bildirilib. Ancaq Azinforum.az-ın apardığı araşdırmadan sonra məlum olub ki,  əslində,  belə bir təkliflə ilk dəfə  Milli Məclisdə sabiq millət vəkili, YAP Siyasi Şurasının üzvü  Musa Musayev çıxış edib. Musa Musayev Azinforum.az-a açıqlamasında bildirdi ki,  məddahlığın qarşısının alınması üçün qanunvericiliyə yeni bəndin salınması ilə bağlı təklif ilk dəfə onun tərəfindən 15 il əvvəl səsləndirilib:

“Mənim Milli Məclisdə etdiyim  bütün çıxışların stenoqramı və videosu durur.  İstəsəniz tarixinə kimi deyə bilərəm. Mən  həmin çıxışı Milli Məclisdə  26 aprel 2005-ci ildə etmişəm”.

Azinforum.az hər iki çıxışın videosunu təqdim edir.

 

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın