Bazar , Noyabr 28 2021
Ana səhifə / Aktual / Parlament təsdiqlədi: Türkiyə hərbçiləri Azərbaycana gəlir

Parlament təsdiqlədi: Türkiyə hərbçiləri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisi (TBMM) hərbçilərin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixindən atəşkəs başlayıb və atəşkəsə riayət edilib-edilmədiyini monitorinq etmək üçün işğaldan azad edilmiş Azərbaycan ərazisində Rusiya ilə birgə Monitorinq Mərkəzi yaradılır.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyini Azərbaycan müəyyən edəcək.

Layihəyə əsasən, Türkiyə hərbçiləri ölkə konstitusiyasına müvafiq olaraq 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Həmçinin oxuyun

“Zəfər yolu” sənədli filminin təqdimatı keçirildi – VİDEO

Noyabrın 27-də “Davam” Gənclər Hərəkatının Bakı ofisində “Zəfər yolu” sənədli filminin təqdimat mərasimi keçirilib. Asiya.az xəbər verir …