Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq

Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.

Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.

Qeyd edək ki, fevralın 5-də MSK 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun, fevralın 7-də 86 saylı İsmayıllı Dairə Seçki Komissyasının Məzahir Şahvələdovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarlarını ləğv edib.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …