Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / PARLAMENT BURAXILDI: 99 deputat lehinə səs verdi, 1 deputat əleyhinə çıxdı – Yeni seçki olacaq

PARLAMENT BURAXILDI: 99 deputat lehinə səs verdi, 1 deputat əleyhinə çıxdı – Yeni seçki olacaq

Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.
Mia.az xəbər verir ki, layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.
Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. 
Bir deputat isə səsvermədə iştirak etməyib.
Səsvermədən sonra spiker Oqtay Əsədov deyib ki, Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclası V çağırış üçün sonuncu iclası ola bilər.
***

Milli Məclisin dekabrın 2-ə təyin olunan plenar iclas başlayıb.
İclasda Milli Məclisdə (MM) hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətlə bağlı redaksiya heyəti yaradılıb.
Bunu spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında bildirib.
O deyib kİ, heyətin tərkibinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri, MM sədrinin müavini sədr müavini Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Fəzail İbrahimli və Sahibə Qafarova daxildir./Report.
***
Bu gün Azərbaycanda ilk dəfə olaraq parlament vaxtından əvvəl buraxılacaq.
Mia.az xəbər verir ki, bu barədə Milli Məclisin noyabrın 29-da keçirilən iclasında spiker Oqtay Əsədov məlumat veirb.
O bildirib ki,  dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək: “İclasın gündəliyində bir məsələ var. Bu da YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir”.
Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının qbul etdiyi qrara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış ediblər.

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …