Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Papaq satan azərbaycanlı  necə milyarder oldu?

Papaq satan azərbaycanlı  necə milyarder oldu?

Haqqında bəhs edəcəyimiz növbəti azərbaycanlı milyarder, Rusiyanın “əmlak kralı” titulunu qazanan yəhudi əsilli iş adamı Zarah İliyevdir

Zarah İliyev kimdir?

Ötən ilin sentybarında 50 yaşını tamamlayan milliyyətçə dağ yəhudisi olan iş adamı Zarah İliyev Quba rayonunun Qırmızı qəsəbəsində dünyaya göz açıb.

Orta məktəbi doğma Qırmızı qəsəbədə bitirən gələcəyin milyarderi deyilənə görə, ali məktəbi çox gec, təxminən 40 yaşında bitirib.

Çəkməçi oğlu, papaq satan xırda alverçi…

Hələ uşaq yaşları olanda papaq tikib satmaqla məşğul olan Zarah bu sənətin sirlərini atasından öyrənmişdi.

Atası Bension çəkməçi idi və sahib olduğu 5 oğluna da uşaqlıqdan bu sənəti öyrətmişdi. Zarah isə baş geyimləri tikməklə məşğul olurdu. Onun hazırladığı papaqlar qonşuluqda yerləşən Qubanın bazarlarında satılırdı.

17 yaşlı Zarah yolunu Rusiyadan salır VƏ…

Zarahın 17 yaşı olduqda (1983) iki əmisinin və əmisi oğlunun bizneslə məşğul olduğu Moskvaya gedir. Buraya ilk gəldikdə o gül satmaq, mağazalara şərab paylamaqla məşğul olmuş, daha sonradan İsmayılov bazarında ticarət məntəqələri alaraq sahibkarlara icarəyə verirdi.

Daha sonradan 1993-cü ildə o Çərkəz bazarının bir hissəsini idarə edən “İliev” şirkətini yaradır. 2000-ci ildə isə İlievin şirkəti “Moskva” topdan və pərakəndə ticarət mərkəzi”nin 57% səhmlərini əldə edir. Zahar İliev 2000-ci ilin dekabr ayında “Safra Instruments” şirkətini yaradır.

“Putin İlham”la birləşmək və HƏR ŞEY DƏYİŞİR…

Uşaqlıq dostu Qod Nisanovla birlikdə Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu İlham Rəhimovla birləşır. Bundan sonra Zarah İliyevin fəaliyyətində yeni mərhələ başlayır.

İlham Rəhimov (“Putin İlham”) araşdırmaçı jurnalist Azər Niftiyevin “Necə oldu ki, Qod Nisanov və Zarax İliyevlə birləşdiniz” sualına belə cavab verir:

“Mənim o vaxt Qod Nisanovun atasıyla dostluq münasibətim olub və onun vasitəsilə indiki şəriklərimlə tanış olmuşam. Mən Qodun atası Simon Nisanovu ədliyyə sistemində işləyəndən tanıyırdım. SSRİ dövründə Moskvadan gələn hüquq-mühafizə orqanlarının işçilərini Qubaya aparardıq. Simon kişini oradan tanıyırdım. O zamanlar Simon kişi Azərbaycanda yaşayırdı. Oğlanları isə 1990-cı ildən Moskvada ticarətlə məşğul olurdular. O zaman onlar cavan uşaqlar idilər. 1999-cu ildə Simon kişi məni oğlu Qod və Zaraxla tanış elədi. Həmin zaman onlar “Çərkəz” bazarında işləyirdilər. Paralel olaraq bir neçə restoranları var idi. Həmin zamandan bəri Qod və Zaraxla biznes ortaqlarıyıq. Ötən illər ərzində mən onlara biznesin inkişafı üçün xeyli konkret tövsiyyələr vermişəm. Axı onlar bazar işini, ticarəti yaxşı bilsələr də, Moskvanın gələcək, perspektiv inkişaf planı barədə o qədər də məlumatlı deyildilər”.

Rusiyanın “əmlak kralı”…

Üçlük hazırda Moskva şəhərində mülkiyyətin, daşınmaz əmlakın dəyərinə görə birinci yerdə dayanır. İddialara görə, üçlüyə daxil olan İ.Rəhimovun Putinlə dostluğu buna səbəb olub.

Dostlarının dediyinə görə, vaxtilə Telman İsmayılovla ortaq olan Q.Nisanov-Z.İliyev cütlüyü özərini gözləyən milyardlıq ziyanlardan məhz İ.Rəhimovla birləşməklə xilas ola biliblər.

Xatırladaq ki, Zarah İliyev “Avropa meydanı” ASC-nin idarə heyətinin sədri, həmçinin o, 15 000 insanın daxil olduğu dağ yəhudilərinin Moskva icmasının rəhbəridir.(anv.az)

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın