Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / PA-da 6 şöbə ləğv edilib, rəhbərlərinə vəzifə verilməyib – Siyahı

PA-da 6 şöbə ləğv edilib, rəhbərlərinə vəzifə verilməyib – Siyahı

Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub.
Azinforum.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Şöbənin müdiri Səadət Yusifova olub. O, Prezident Administrasiyasının yeni strukturda təmsil olunmayıb.
Bundan başqa, İnnovativ inkişaf və elektron hökumət məsələləri, eləcə də Dövlət nəzarəti şöbəsi də ləğv olunub. 
Eyni zamanda, Əli Həsənovun rəhbərlik etdiyi İctimai-Siyasi Məsələlər üzrə şöbə də ləğv edilib, rəhbəri işdən çıxarılıb.
Bundan başqa, Prezident İlham Əliyev Dilarə Seyidzadənin Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.
Prezident Administrasiyanın Aqrar siyasət məsələləri şöbəsi də ləğv edilib. 
İndiyə qədər şöbəyə rəhbərlik edən, eyni zamanda Prezident İlham Əliyevin aqrar siyasət məsələləri üzrə köməkçisi olan Azər Əmiraslanov vəzifəsindən azad olunub. 

Diqqət çəkən məqamlardan biri də budur ki, Prezident Administrasiyasında yeni yaradılan üç şöbəyə müdir təyinatı da olmayıb. Bunlar Qanunvericilik və hüquqi siyasət şöbəsi, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi və Sənəd dövriyyəsi şöbələridir. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …