Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Pərviz Həşimli sərhəddən qaytarıldı – Jurnalistin xaricə çıxışına qoyulan STOP götürülməyib

Pərviz Həşimli sərhəddən qaytarıldı – Jurnalistin xaricə çıxışına qoyulan STOP götürülməyib

Gununsesi.org xəbər saytının baş redaktoru Pərviz Həşimli ölkədən xaricə buraxılmayıb. Bu barədə baş redaktorun özü sosial şəbəkədəki hesabında yazıb:
“Bir il əvvəl “Gəncə İşi” ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən ölkədən çıxışıma qoyulan məhdudiyyət hələ də qüvvədə qalır. Bu məsələ ilə bağlı 2 ay əvvəl Baş Prokuror Zakir Qaralova etdiyim müraciət KİV də işıqlandırılandan sonra məni Baş Prokurorluğa dəvət etdilər.
Rəhbərliyin adından bildirdilər ki, sizə qoyulan məhdudiyyət götürüləcək, hər hansı mənfi münasibətdən söhbət gedə bilməz. Nəhayət, bu gün Azərbaycan Rusiya sərhəddində məhdudiyyətin götürülməsinə əmin olmaq istədim. Məlum oldu ki, məhdudiyyət hələ də qüvvədədir. Xaçmazdakı Xanoba sərhəd buraxılış məntəqəsindən məni geri qaytardılar. Məsələ ilə bağlı Baş prokurorun müavinİ Cənab Rüstəm Usubobun mobil telefonuna zəng etdim.
Fikirlərim sonadək dinlənilmədən telefonun dəstəyi asıldı”.
P.Həşimli qeyd edir ki, bu məhdudiyyət məhkəmə qərarı olmadan tətbiq edilib.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …