Cümə axşamı , May 13 2021
Ana səhifə / Aktual / Pərvin milyonluq bağın sahibindən danışdı: “21 yaşında mən o bağda ilk dəfə…”

Pərvin milyonluq bağın sahibindən danışdı: “21 yaşında mən o bağda ilk dəfə…”

Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial şəbəkədə bağın sahibi haqda müxtəlif fikirlər danışılmağa başlayıb.

Aktrisa Pərvin Abıyeva açıqlamasında həmin bağın illərdir Bəxtiyar müəllim tərəfindən tikildiyini bildirib. Hətta həmin bağda illər əvvəl serial çəkildiyini də əlavə edib:

“Təxminən 21 yaşım olardı. İlk dəfə serial çəkilirdi. “Oğurlanmış arzular” adlanırdı. O vaxt Bəxtiyar müəllim özü razılıq vermişdi serial çəkilişinə. Çox mehriban və sadə insandır. Hər çəkilişdən sonra bütün çəkiliş heyətinə qonaqlıq verirdi. Həftədə 2-3 dəfə çəkilişlər olurdu. Hər çəkilişdə də ev sahibi olan Bəxtiyar müəllim özü də bağda olurdu.

Serialda əsas rolları Almaz Ələsgərli və Tural Əsədov canlandırırdı və serialda da ev sahibi kimi Almaz xanımla Tural idi”. Shownews

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi kollektivi “Ramazan sovqatı” aksiyası çərçivəsində qazi və şəhid ailələrini ziyarət edib

Bakı Gənclər Mərkəzi tərəfindən Müqəddəs Ramazan ayı boyunca “Ramazan sovqatı” adlı aksiya həyata keçirilərək “44 …