Cümə , Aprel 19 2024
Ana səhifə / Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim GÖRÜNTÜLƏRİNİ YAYDI 

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim GÖRÜNTÜLƏRİNİ YAYDI 

Aktrisa Pərvin Abıyeva müğənni Səidə Sultanın intim fotolarını paylaşıb.

Publika.az xəbər verir ki, dünən “Maşın” şoudan Səidə Sultan tərəfindən oyundan çıxarılan Pərvin Abıyeva sakitləşmək bilmir. Canlı yayımda böyük qalmaqal yaşayan aktrisa müğənninin ünvanına təhqiramiz fikirlər səsləndirməklə kifayətlənməyərək Səidə Sultanın açıq-saçıq fotolarını paylaşıb.

Fotolarda Səidə Sultanın həmkarı Emil Bədəlovla öpüşdüyü, həmçinin Nadir Qafarzadənin onun sinəsinə toxunduğu kadrlar da yer alıb.

P.Abıyeva verilişlə bağlı paylaşıma bunları yazıb: “Səidə xanım deyəsən Emil Bədəlovla öpüşdüyü şəkli unudub. Mənim Kənana qardaş deməyim onu yandırıb, halbuki, özü dost dediyi Niyamın qucağından düşmür. Publikaya işləyən əslində göz qabağlndadır! Mən emosiyalarımın qurbanı oldumsa, bu, məni sadəcə sevindirər. Çünki ailəmə dil uzadanı yerinə otuzdurdum. Məni istər sevin, istər sevməyin, hadisə dediyim kimi olub. Azacıq qadınlıq şərəfi varsa, özü, ya da maşının ətrafında olan iştirakçılar təsdiqləyəcək ki, mən efirdə söyüş istifadə etməmişəm. Bəli, mən hisslərimə uduzdum, onun vaxtı ilə gördüyü işləri unutdum, hətta bayırda dostluq edəcəyimizi düşündüm. Amma bilməzdim ki, məni həssas yerimdən vuracaq”.

Bir müddət sonra isə aktrisa fotonu silib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın