Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Özünü güllələdi – Ehtiyatsızlıqdan

Özünü güllələdi – Ehtiyatsızlıqdan

Odlu silahla ehtiyatsız davranan Oğuz rayon sakini yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, noyabrın 21-dən 22-ə keçən gecə Oğuz rayonu Sincam kənd sakini, 1988-ci il təvəllüdlü Elmir Mehman oğlu Abdulqədirov qırma xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 27 yaşlı Elmir Abdulqədirov odlu silahdan açılan atəş nəticəsində qarının ön divarının, sağ bud və said nahiyəsindən çoxsaylı qırma yaraları alıb. Xəstəxanada Elmir Abdulqədirova ilkin tibbi yardım göstərilib. Qohumları Elmir Abdulqədirovu Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq istədiklərindən o, xəstəxanadan buraxılıb.

Oğuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Elmir Abdulqədirovun yaşadığı ünvanda baş verib. E. Abdulqədirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş nəticəsində qırma yaraları alıb.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın