Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Aktual / Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə

Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə

Azərbaycan Prezidentinin 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə yeni idarəetmə metodunun hazırlanması işlərini davam etdirir.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqdadır.

Həmin alt sistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də övladlığa götürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək.

Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Bu da qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan qaldırılmasına, övladlığagötürmə sahəsində idarəetmənin elektron infrastruktur üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.

Yeni elektron sistemin cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Pərvin milyonluq bağın sahibindən danışdı: “21 yaşında mən o bağda ilk dəfə…”

Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial …