Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Övladını qeydiyyatda olmadığı ərazidəki məktəbə qoymaq istəyənlərin – NƏZƏRİNƏ

Övladını qeydiyyatda olmadığı ərazidəki məktəbə qoymaq istəyənlərin – NƏZƏRİNƏ

Bakıda övladlarını qeydiyyatda olduğu ərazidə deyil, başqa ərazidəki məktəbə 1-ci sinfə qoymaq istəyən valideynlər üçün yenilik tətbiq edilib.Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva məlumat verib. 
İ.Abdullayeva qeyd edib ki, əvvəllər bunun üçün valideynlər Təhsil Nazirliyinə rəsmi şəkildə müraciət edirdilərsə, artıq buna ehtiyac qalmayacaq:
“Valideynlərin işini asanlaşdırmaq məqsədilə bu çətinlikləri və sənədləşmə prosedurunu aradan qaldırmaq üçün sistemin özündə “gözləmə siyahısı” tətbiq ediləcək. Vətəndaşlar arasında narazılıq yaranmasın deyə, övladını yaşadığı ərazidən kənarda yerləşən məktəbə yazdırmaq istəyən valideynlər üçün 3 istiqamətdə üstünlük (mən ərazidə yaşayıram, övladlarımdan biri həmin məktəbdə oxuyur və valideynlərindən biri həmin məktəbdə işləyirsə) tətbiq ediləcək. Əgər valideyn üçün bu üstünlük hallarından heç biri yoxdursa, onda onun adı “gözləmə siyahısı”nda qeyd ediləcək. Yəni, məktəbdə ilk boş olan yer üçün bu siyahıda adı olan ilk şəxsin uşağı yaşayış qeydiyyatı üzrə ərazidə yerləşməyən məktəbə daxil ola biləcək”.
O Bakıda 5 ilə yaxındır ki, şagirdlərin məktəbə qəbulunun elektron sistemlə həyata keçirildiyini xatırladıb: “Aydın olsun deyə qeyd edək ki, övladları məktəbə hazırlıq qrupunda oxuyan valideynlər üçün birinci sinifə elektron qaydada qəbul prosesi avtomatik olaraq mart ayının 11-i saat 10:00-dan etibarən başlayacaq və onlar eyni hazırlıq sinfində, eyni müəllimdə təhsilini davam etdirəcək”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …