Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Aktual / Orxan Mürsəlovun kuratoru olduğu rayonlarda DTX-nin həbs etdiyi məmurlar – SİYAHI

Orxan Mürsəlovun kuratoru olduğu rayonlarda DTX-nin həbs etdiyi məmurlar – SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Mürsəlov Gədəbəy rayonunun icra başçısı təyin edilib. O, bu təyinatadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb və PA-nın qərb rayonları üzrə kuratoru kimi tanınıb.

“Unikal”ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Orxan Mürsəlovun kuratoru olduğu rayonlarda bir neçə əməliyyat keçirib.https://ad.adriver.ru/cgi-bin/erle.cgi?sid=1&ad=735770&w=480&h=100&bt=1&pid=3406055&bn=3406055&rnd=187513887&tail256=https%3A%2F%2Funikal.org%2F

Belə ki, DTX-nin 2019-cu ilin dekabr ayında həyata keçirdiyi əməliyyatla Ağstafa rayonun sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Nizaməddin Quliyev 2021-ci ilin sentyabr ayında həbsdə olarkən vəfat edib. Cari ilin fevral ayında isə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə, Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.

DTX həmçinin Şəmkir rayonunda da əməliyyat keçirib. Belə ki, 2021-ci ilin aprel ayında həyata keçirilən əməliyyat tədbiri nəticəsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov və icra hakimiyyətinin bir neçə vəzifəli şəxsləri saxlanılıb. Alimpaşa Məmmədov məhkəmənin qərarı ilə həbs edilib. Bu ilin may ayında onun barəsində seçilmiş həbs müddəti daha 5 ay uzadılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Məlumat üçün xatırladaq ki, 5 oktyabr 2021-ci il tarixinədək Gədəbəy rayonunun icra başçısı İbrahim Mustafayev olub. İ.Mustafayev vəzifəsindən azad edildikdən sonra Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini təyin olunub.

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …