Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Oruc tutanlar – EHTİYATLI OLUN! – VİDEO

Oruc tutanlar – EHTİYATLI OLUN! – VİDEO

Artıq Ramazan ayının bir neçə günü geridə qalıb. Mütəxəssislər deyir ki, qidalanma intervalı özünəməxsus stress yaratdığına görə, orqanizm bütün zəruri vitaminlərlə təmin edilməlidir.

ARB 24 xəbər verir ki, bu əlamətdar ayda menyu mütləq gözdən keçirilməli, qida sağlam və balanslı şəkildə qəbul edilməlidir.

Həkimlər iftar zamanı həddindən artıq yeməyi məsləhət görmürlər.

Həzm sisteminin yüklənməsi yuxu rejimini də poza bilər. İftarı bir stəkan su və bir neçə xurma ilə açmaq Ramazan qaydalarından biridir. Çünki xurma mədə-bağırsaq sistemi üçün olduqca xeyirlidirbağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, mədənin şirəsini azaldır.

Əkrəm Həsənov – İlahiyyatçı: “Xurmanın bir çox faydaları var. Həm də immuniteti gücləndirir. Ona görə də tövsiyyə edilib ki, iftar açanda xurma ilə açın. İndi bəzi müsəlmanlar səhər yeməyinə belə qalxmırlar. Axşamlar da yeyib yatırlar”.

Susuz, insan orqanizmində proseslərin baş verməsi, o cümlədən ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Həkimlər Ramazan ayının isti yay günlərinə təsadüf etdiyini nəzərə alaraq oruc tutanlara maye qəbulu ilə bağlı diqqətli olmağı tövsiyə edirlər. Rasionda duzlu və şirin qidalara mümkün qədər yer verməmək lazımdır.

Ofeliya Rzayeva – Terapevt: “Çalışın qazlı sulardan istifadə etməyəsiniz. Adi su insanı tam stabil vəziyyətdə saxlayır. Əgər bacarırsızsa karbohidratlardan, yəni, şirniyyatlardan uzaq durun. Bunlar ağırlıq törədir insana. Yeyəndən sonra yatırsızsa bu sizə ağırlıq verəcək”.

Ümumiyyətlə Ramazan ayında bəslənmə vərdişlərində ciddi dəyişikliklər tövsiyə edilir. İmsak və iftarda orqanizmin ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağlar yetərli miqdarda alınmalıdır. Çox yağlı, qızardılmış yeməklərin qəbulu məsləhət görülmür.

Ofeliya Rzayeva – Terapevt: “Fikirləşirsən ki, mən çox yeməklə qidalanım  bu ehtiyacımı ödəyim. İftarı çalışın qaynamış su ilə açın. Soyuq su mədəyə ziyandır. Sonra sulu yemək yeyəsiz. Nə yeyirsizsə yüklənmədən yeyin”.

Bəzən oruc tutmaq zəifləmək və ya arıqlamaq üçün fürsət kimi dəyərləndirilir. Həkimlər bu düşüncəylə razılaşmırlar. Çünki, gün boyu ac qaldıqdan sonra qidanın axşam, bir neçə qat artıq qəbul edilməsi çəkidə əksinə, problemlər yaradır. Ümumiyyətlə, insan hər zaman şüurlu şəkildə qidalanmağı bacarmalıdır. Bütün müsəlmanlara bu müqəddəs ayı sağlam başa vurmağı arzu edirik.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …