Bazar ertəsi , May 10 2021
Ana səhifə / Aktual / Oqtay Şirəliyevin yerinə müvəqqəti təyinat alan Teymur Musayev kimdir? – DOSYE

Oqtay Şirəliyevin yerinə müvəqqəti təyinat alan Teymur Musayev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad olunub.

Ölkə başmısının digər bir sərəncamı ilə Teymur Musayev səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib və səhiyyə naziri vəzifəsinin müvəqqəti icrası ona tapşırılıb.

Teymur Yusif oğlu Musayev haqqın məlumatı sizə təqdim edirik:

O, 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2003-2004-cü illərə Strasburq Universitetində, 2013-2015-ci illərdə isə RİSEBA & Riqa Stradis Universitetində təhsilini davam etdirib.

2007-2015-ci illərdə N.Tusi adına Klinikada direktor, 2015-2018-ci illərdə Dobromed Baku Hospitalda direktor, 2016-2019-cu illərdə Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində Tibbi direktor, 2019-2020-ci illərdə İtaliyada, Medwellness& SPA mərkəzində baş beynəlxalq məsləhətçi, 2020-ci ildən isə Səhiyyə Nazirliyində Səhiyyənin Təşkili Şöbəsinin müdiri vəsifəsində çalışıb.

Həmçinin oxuyun

Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməlləri davam edir – VİDEO

Qaçaqmalçılıq yolu ilə növbəti yük avtomobilləri İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın dəhlizi vasitəsilə …