Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Oqtay Şirəliyevin müavini vəfat etdi

Oqtay Şirəliyevin müavini vəfat etdi

Səhiyyə nazirinin müavini Vəlibəyov Abbas Soltan oğlu vəfat edib. 

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, nazir müavini 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub.

1971-1974 ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin müavini – Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.

Həmçinin oxuyun

Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb

Qarabağdakı rusiyalı sülhməramlıların rəhbəri, general-leytenant Rüstəm Muradov itkin düşmüş sayılan erməni hərbçilərin valideynləri ilə görüşüb. …