Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Oqtay müəllimin həyat yoldaşı da, övladı da özünə biznes qura bilər, burda nə var ki?” – Deputat

“Oqtay müəllimin həyat yoldaşı da, övladı da özünə biznes qura bilər, burda nə var ki?” – Deputat

Milli Məclisin Deputatı Fəzail Ağamalı spiker Oqtay Əsədovla bağlı yayılan xəbərlərə münasibət bildirib.

O deyib ki, belə xəbərlər Azərbaycan dövlətinə, onun yüksək ranqlı məmurunu gözdən salmaq məqsədi daşıyır:

“Biz bu gün ölkə prezidentinə qarşı avropadan aparılan tərbiyəsiz, əxlaqsız və ölkədə kifayət qədər nüfuza sahib olan ziyalıların, deputatları adına aparılan total hücumların şahidi oluruq.

Digər tərəfdən Oqtay Əsədov kifayət qədər özünün təmiz imici ilə seçilən, fərqlənən və dövlətçiliyə kifayət qədər xidmətləri olan cəmiyyətdə də nüfuz sahibi olan bir adamdır və hazırda ona qarşı belə çirkin kompaniya aparılır. Bubunla bərabər, Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin vətəndaşlarına tövsiyə edir ki, Azərbaycana getməyin. Erməni əsilli vətandaşları ölkəyə buraxmamaq Azərbaycanın hüququdur. Biz bilmirik onlar bura nə məqsədlə gəlirlər. Bütün bunlar iki ölkə arasında olan münasibətləri korlamaq məqsədi daşıyır. Ola bilər ki, bu, üçüncü qüvvələrin işidir. Rusiyanın daxilində üçüncü qüvvəyə işləyənlər var. Baxıb görəcəyik bu işlərin axırı necə olur.

Mən Oqtay Əsədovu 25 ildir ki, tanıyıram. O kifayət qədər ciddi və imicini gözləyən adamdır. Ona böhtan atmaq allahsızlıqdır. Başqa bir tərəfdən Oqtay müəllimin həyat yoldaşı da, övladı da özünə biznes qura bilər, burda nə var ki? Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir. Sahibkarlıq iş yeridir, əlavə vergidir. Eyni zamanda mən tam təminat verirəm ki, Oqtay Əəsdov heç bir sahibkarlıqla məşğul deyil. Bunun altından imza atıram. Ona görə də bu tipli informasiyalar təxribat xarakteri daşıyır.”

bizimyol.info

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …