Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Oqtay Gülalıyevdə COVID-19 virusu aşkar edilib – TƏBİB açıqlama yaydı

Oqtay Gülalıyevdə COVID-19 virusu aşkar edilib – TƏBİB açıqlama yaydı

TƏBİB hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciətini əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün noyabrın 16-da COVID-19 testi götürülüb.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, noyabrın 17-də açıqlanan testin nəticəsinə əsasən ,Oqtay Gülalıyevdə COVID-19 virusu aşkar edilib:

“Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicənin ev şəraitində davam etdirilməsini istəyib. Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib. Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya – “Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib”.

Həmçinin oxuyun

Rusiya MN Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb

Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb. APA-nın Moskva müxbirinin məlumatına …