Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Oqtay Gülalıyev Mirəloğluya etiraz etdi: “Həmin bəndi mənə və ictimaiyyətə göstərin” – Qalmaqal böyüyür

Oqtay Gülalıyev Mirəloğluya etiraz etdi: “Həmin bəndi mənə və ictimaiyyətə göstərin” – Qalmaqal böyüyür

Oktay Gülalıyev Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin üzvlüyündən çıxarılıb.
Bununla bağlı qərar Ali Məclisin iclasında partiya sədri Mirmahmud Mirəlioğlunun təklifi əsasında qəbul olunub.
O.Gülalıyev isə bildirib ki, bu qərar Milli Şuradakı fəaliyyəti ilə bağlıdır: “Guya mən partiyanın Nizamnaməsini pozmuşam və destruktiv fəaliyyətlə məşğulam. Nizamnamənin hansı bəndini pozmuşam? Xahiş edirəm, həmin bəndi mənə və ictimaiyyətə göstərsinlər. Təbii ki, mən Milli Şuradakı fəaliyyətimə görə Ali Məclisin üzvülüyndən xaric olunmuşam”.
O.Gülalıyev hazırda KXCP üzvü kimi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, M.Mirəlioğlu 2015-ci ildə Oktay Gülalıyevi KXCP sədrinin müavini vəzifəsindən azad edib/Report.

 

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …