Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Oqtay Əsədov: “Bəs, Fərəc Quliyev özü niyə soyadını dəyişməyib?”

Oqtay Əsədov: “Bəs, Fərəc Quliyev özü niyə soyadını dəyişməyib?”

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında müzakirələr zamanı maraqlı anlar yaşandı.

Deputat Fərəc Quliyev bu mövzuda çıxış edərkən soyadların dəyişdirilməsi zərurətindən danışdı: “Yeni nəsil şəxsiyyət vəsiqələrində mütləq yeni soyadlarla çıxış etmək lazımdır. İndi nə Stalin, nə də Lenin var. Hər şey öz iradəmizdən asılıdır”.

Deputat əlavə etdi ki, vətəndaşların soyadlarının məcburi qaydada dəyişdirilməsi yaxşı olardı:“Parlamentin 100 illiyi ilə bağlı qanunda bu dəyişikliyi etmək olar”.

Deputat Aqil Abbas isə həmkarının fikirlərinə qarşı çxıdı: “İnsanların soyadlarını məcburi qaydada dəyişdirmək olmaz. Bu məsələ könüllü şəkildə həll olunmalıdır. Məsələn, bizim kənddə 500 nəfər Abbasov soyadındanı daşıyır. Mən özüm xeyli müddət əvvəl soyadımı dəyişmişəm. Ondan əvvəl də bu imza ilə yazılar yazmışam. Amma indi kəndimizdəki bütün Abbasovların soyadını dəyişdirib Abbaslı, Abbaszadə və s. etsək, bütün nəsil itər. Bu yavaş-yavaş ola bilər. Ancaq məcburi şəkildə yox. Çünki demokratik bir ölkədə belə bir şey ola bilməz”.

Spiker bundan sonra üzünü komitə sədri Əli Hüseynliyə tutaraq sual etdi: “Əli müəllim, cavab vermək istəyirsiniz? Deyəcəksiniz ki, bəs Fərəc Quliyev özü niyə soyadını dəyişməyib?”

Həmçinin oxuyun

Tiktokerlərin həbsi: “Cəmiyyət necədirsə, sosial şəbəkələr də elədir”

“TikTok” sosial şəbəkəsində azərbaycanlı istifadəçilərdən bir neçəsinin həbs olunduğu bildirilir. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda …