Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Oqtay Əsədov: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.

Oqtay Əsədov: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirə üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb.

Belə ki, səsvermədə 79 deputat iştirak edib.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, səsvermə zamanı diqqətli olmaq lazımdır: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.

Həmçinin oxuyun

Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır – Video

Azərbaycan Silahlı Qüvvələri həyata keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində bu gün Cəbrayıl, Füzuli, Xocavənd və Zəngilan …