Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / OPEK prezidentinin qardaşı girov götürüldü

OPEK prezidentinin qardaşı girov götürüldü

nigNigeriyanın cənubunda naməlum silahlı şəxslər ölkənin neft naziri, OPEK prezidenti Diyezani Alison Maduekenin kiçik qardaşı Cozef Aqamanı qaçırıblar.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, silahlılar Aqamanı Bayels ştatının inzibati mərkəzi Yenaqoa şəhərində girov götürüblər. Cinayətkarların kimliyi müəyyən edilməyib, araşdırma aparılır.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Diyezani Alison Madueke 2015-ci ilin yanvarın 1-dən OPEK-in rəhbəri təyin olunub. Yeri gəlmişkən, Diyezani Madueke təşkilatən tarixində bu vəzifəyə təyinat alan ilk qadındır.

Həmçinin oxuyun

Fazil Məmmədovun sabiq müşavirinin adı keçən qalmaqallı mənzil işi

Sabiq vergilər naziri Fazil Məmmədovun keçmiş müşaviri Müsavər Nəbiyevin adı məhkəmə çəkişməsinə qarışıb. Keçmiş müşavir …

Bir cavab yazın