Ana səhifə / Aktual / “Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”.

Azinforum.az  “tert.am”a istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan söyləyib.

Xatırladaq ki, bu gün Nikol Paşinyan xalqa müraciətində Movses Akopyanı da hədəfə alıb. Belə ki, M.Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi.

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri baş qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik M.Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.

Həmçinin oxuyun

Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməlləri davam edir – VİDEO

Qaçaqmalçılıq yolu ilə növbəti yük avtomobilləri İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın dəhlizi vasitəsilə …