Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Onlarla köçkün Türkiyədən sığınacaq istədi

Onlarla köçkün Türkiyədən sığınacaq istədi

Bu dəqiqələrdə Bakıda Türkiyə səfirliyinin qarşısında 30-40 nəfərdən ibarət qrup piket keçirir və qonşu dövlətdən siyasi sığınacaq istəyir. Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, aksiya iştirakçılarının hamısı Ağdamdan olan qaçqın və məcburi köçkünlərdir.

Aksiya iştirakçılarının sözlərinə görə, 4 ay əvvəl onların Binəqədi rayonu, Babaşov küçəsindəki evləri qəza vəziyyətində olan bina kimi tanınıb və sökülüb. Aksiya iştirakçıları şikayətlənirlər ki, mənzillərinə görə kompensasiya almayıblar və onlara heç kim yeni mənzil təklif etməyib.

Qaçqınlar bildiriblər ki, rayon icra hakimiyyətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət ediblər, lakin problemləri həll edilməyib. Qohum-əqrəbalarının evində qalmaq məcburiyyətində olan insanlar bugünkü aksiya ilə öz problemlərinə diqqət çəkmək niyyətindədirlər.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …