Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Onların səhhətində ciddi problem aşkarlanmayıb” – İki qurum karantinə alınan 6 xəstə haqda açıqlama yaydı

“Onların səhhətində ciddi problem aşkarlanmayıb” – İki qurum karantinə alınan 6 xəstə haqda açıqlama yaydı

Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Mia.az-a daxil olan məluamta görə, Kliniki Tibbi Mərkəzdə fevral ayının 6-sı üçün yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb.

Bildirilib ki, xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb: “Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …