Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “Onları bir-bir gətirib o gölün suyunu boğulana qədər içirtmək lazımdır” – Fazil Mustafa

“Onları bir-bir gətirib o gölün suyunu boğulana qədər içirtmək lazımdır” – Fazil Mustafa

“Binəqədidən Məmmədəmin Rəsulzadə qəsəbəsinə gələn yolda yağış nətiçəsində yaranan bir neçə kilometrlik üzgüçülük hovuzunda çox sayda Rusiya istehsalı maşınlar qalmışdı. Sürücülər hətta yerə düşə bilmirdilər, çünki su maşının içinə dolurdu. Bəlkə də belə bir rəmzi məna çıxarmaq olar ki, Rusiya istehsalı olan düşüncə və anlayışlar da əvvəl-axır yollarda qalacaqdır.”

Azinforum.az xəbər verir ki, millət vəkili Fazil Mustafa  Facebook-da yağış yağması nəticəsində yolların su basmasından yazıb.
“Ancaq belə yolları bu millətə rəva görənlər, insanlarımıza bu qədər mədəyə ötürülən vəsaitlə alt yapısız belə bir yolu sırıyanlar hamımızı yarı yolda qoyacaqlar. Bir günlük yağış yağması nəticəsində gölə çevrilən bu cür yolları bu məzlum vətəndaşa sırıyanları bir-bir gətirib o gölün suyunu boğulana qədər içirtmək lazım. O zaman yeyilən bütün pulları mədələrindən geri qaytaracaqlar. Yağış da, qar da təbiətin gözəllikləridir, gör nə vəziyyətdəyik ki, yağış, qar yağanda küçələrdə necə yeriyəcəyimizi, necə maşın sürəcəyimizi düşünürük. Allah bizləri islah etsin!”

 

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın