Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / “Onlar canlı qüvvələrdən az istifadə edirlər, çünki sayca azdırlar” – general-mayor Tacəddin Mehdiyev

“Onlar canlı qüvvələrdən az istifadə edirlər, çünki sayca azdırlar” – general-mayor Tacəddin Mehdiyev

“Milli Ordumuzun torpaqlarımızın azadlığı uğrunda son genişmiqyaslı əks-hücum əməliyyatlarını alqışlayıram. Artıq Qarabağ məsələsində xalqla dövlətin, ordunun vahid birliyinin bariz nümunəsi ortadadır. Bunun bir sübutu da odur ki, on minlərlə vətəndaş könüllü şəkildə ön cəhbədə döyüşmək üçün yazılır. Baxırıq ki, bütün ziyalılar, şairlər, yazıçılar, incəsənət xadimləri, həkimlər və s. – hamı birləşərək dövlətimizə, ordumuza dəstək verir…”- bu sözləri Moderator.az-a açıqlmasında sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor Tacəddin Mehdiyev söyləyib.

“Müşahidələr göstərir ki, işğalçı ermənilərin bütün fəaliyyəti əsasən tanklardan, toplardan, “Qrad”lardan və s. Azərbaycanın dinc sakinlərini atəşə tutmağa yönəlib. Həm də Ermənistanın o qədər canlı qüvvəsi yoxdur ki, bütün cəbhə xətti boyu müdafiə olunsunlar. Odur ki, düşmənin silahlı birləşmələrinin zəif yerləri olduqca çoxdur. Və hesab edirəm ki, artıq bizim kəşfiyyat ermənilərin həmin boşluqlarını dəqiqliklə müəyyənləşdirib və məqamı gəldikcə onları o nöqtələrindən vururlar və vuracaqlar. Bu mənada da bizim üstünlüklərimiz yetərlidir. Bundan əlavə, erməni artilleriya qurğuları bir neçə dəfə atəş açdıqdan sonra müasir texnologiya ilə onların yerini dəqiqliklə müəyyənləşdirmək olur. Və sözsüz ki, ordumuz artilleriya, pilotsuz uçaqlar, təyyarə, vertolyot və s. istifadə edərək düşmənin atəş nöqtələrini dəqiqliklə susdurur. Bütün bunlar çox ürəkaçan məsələlərdir…”- deyə general vurğulayıb.

“Lakin 1-ci Qarabağ savaşında təcrübəsi olan biri kimi düşmənimizin – ermənilərin həddindən artıq hiyləgər və məkrli olduqlarını xatırlatmaq istəyirəm. Dediyim, kimi, onlar canlı qüvvələrdən az istifadə edirlər. Çünki sayca azdırlar. Amma bunu kompensasiya etmək üçün ermənilər canlı qüvvələrini bir istiqamətə cəmləyərək oradan bizə qəfil zərbə vura bilə, hücuma keçə bilərlər. Odur ki, bizim kəşfiyyatımız olduqca ayıq-sayıq olmalıdır. Və inanıram ki, bu, belədir… Burada bizim peyklərimizin də böyük köməyindən də yararlanmaq mümkündür. Sadəcə, dəqiq müəyyənləşdirmək lazımdır ki, ermənilər canlı qüvvələrini əsasən hansı istiqamətdə dislokasiya etdirirlər. Hesab edirəm ki, onların gözlənilməz hücum hədəfi Qarabağ istiqamətində olmayacaqdır. Dediyim kimi, bəlkə də düşmən diqqəti Qarabağdan yayındırmaq üçün Ermənistanla sərhədin ən həssas nöqtəsi olan Tovuz istiqamətində yenidən hücuma keçə bilər…

Bütün hallarda, inşallah, qələbə bizimlədir!..

Yaradandan şəhid olanlarımıza rəhmət, yaralılarımıza şəfa diləyir, “Allah ön cəbhədəki oğullarımızı, xalqımızı qorusun!”-deyirəm”- sabiq müdafiə naziri fikirlərini belə tamamlayıb.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …