Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Onlar bu dəfə başqa dairədən namizəd OLDULAR

Onlar bu dəfə başqa dairədən namizəd OLDULAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində irəli sürülən namizədlərinin siyahısını ictimaiyyətə açıqlayıb.

Partiyanın namizəd siyahısında beşinci çağırış Milli Məclisin deputatı olan bir sıra tanınmış simalar da var. Amma bəziləri əvvəl təmsil olunduqları dairələri dəyişiblər.

Dairəsini dəyişən YAP namizədlərinin adlarını təqdim edirik:

Mixail Zabelin – 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən parlamentin deputatı idi. Onun namizədliyi bu dəfə 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürülüb.

Elman Nəsirov – 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən Milli Məclisin üzvü idi. Budəfəki seçkilərdə o 68 saylı Cəlilabad kənd seçki dairəsindən namizəddir.

Səməd Seyidov – 36 saylı Xətai Dördüncü seçki dairəsindən Beşinci çağırış Milli Məclisin deputatı idi. Yeni Azərbaycan Partiyası onun namizədliyini bu dəfə 107 saylı Qazax seçki dairəsindən təqdim edib.

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev də dairəsini dəyişən deputatlar sırasındadır. O, əvvəlcə 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputat idi. Hazırda isə 36 saylı Xətai Dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Modern.az

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT