Cümə , Dekabr 9 2022
Ana səhifə / Aktual / Onlar AMEA-nın Rəyasət Heyətindən uzaqlaşdırıldı

Onlar AMEA-nın Rəyasət Heyətindən uzaqlaşdırıldı

Akademiklər Adil Qəribov və Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad olunublar.

“Azinforum.az” xəbər verir ki, bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub.

AMEA-nın yaydığı məlumatda qeyd olunub ki, hər iki alim AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.

Rəyasət Heyətinin digər qərarları ilə Geologiya və Geofizika İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Rauf Muradov dissertanturadan, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Mirfatimə Əhmədova isə doktoranturadan öz xahişləri əsasında azad olunublar.

Həmçinin oxuyun

Efirləri zəbt edən `Misli`nin QUMAR REKLAMLARI… – Kasıbları hədəfə alan TƏHLÜKƏ…

Mətbuat Şurasını idarə heyətinin üzvü Fərid Pərdəşünas “Misli” qumarının biabırçılığından danışıb.Tribunainfo.az xəbər verir ki, o, …