Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Ona “mandraj”dasan”, “özünə gəl” dedim”- Hüseynov

“Ona “mandraj”dasan”, “özünə gəl” dedim”- Hüseynov

Dünən Topaz Premyer Liqasında 2-ci turun oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, “Xəzər Lənkəran” səfərdə “Sumqayıt”la üz-üzə gəlib və matça 1:1-lik bərabərliklə yekunlaşıb.

Oyundan sonra cənubluların baş məşqçisi Yunis Hüseynov mətbuat konfransında hakimlikdən narazı qaldığını bildirib: “Oyun ağır keçdi. “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının görüşü həmişə çətin alınır. “Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım. Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır.

Qarşıda bizi “Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər. Ciddi bir şey olmadı. Sadəcə, hakim sanki özünü itirmişdi. Mən də ona “deyəsən “mandraj”dasan, özünə gəl” dedim”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın