Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Ömürlük məhbus vəkil Adəm Məmmədova qarşı iddia qaldırıb – Əlyazmaları yoxa çıxıb…

Ömürlük məhbus vəkil Adəm Məmmədova qarşı iddia qaldırıb – Əlyazmaları yoxa çıxıb…

Azinforum.az azadlıq.info-ya istinadən xəbər verir ki, Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib ömürlük cəza alan Vüqar Əliyev vəkil Adəm Məmmədovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Bu gün Nərimanov rayon məhkəməsində Rəşad Abdulovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Hakim iddianın icraata qəbul olunmaması ilə bağlı qərardad çıxarıb. Məhkəmədə məhbus Vüqar Əliyev özü də iştirak edib. Vəkil Adəm Məmmədov isə məhkəməyə gəlməyib.
Məhkumun yaxınlarının azadliq.info-ya verdiyi məlumata görə Adəm Məmmədov Vüqarın vəkili olan zaman onun əlyazmalarını çap etmək adı ilə ondan alıb. Vüqar Əliyev Adəm Məmmədovun vəkillik xidmətindən imtina etdikdən sonra nə əlyazmalar çap olunub, nə də geri qaytarılıb. Bu səbəbə görə də məhbus keçmiş vəkilinə qarşı iddia qaldırıb.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …