Şənbə , Mart 23 2019
Ana səhifə / Aktual / Ombudsmandan sərt açıqlama – “Nədir jurnalistlər dalımca xaricə gələcəklər?”

Ombudsmandan sərt açıqlama – “Nədir jurnalistlər dalımca xaricə gələcəklər?”

Ötən həftə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın məzuniyyətə çıxması və səhhəti ilə əlaqədar xaricə getməsi ilə bağlı məlumat yayılmışdı.

Bizimyol.info yayılan həmin məlumatla bağlı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova zəng edib. Ombudsman saytımıza özəl açıqlamasında jurnalistləri qınayıb və bu barədə sərt açıqlama verib.

“Neçə illərdir ki, işləyirəm. Ola bilməz ki, məndə məzuniyyətə çıxım? Hamıdan qabaq işə gələnəm, hamıdan sonra da gedənəm. Maşallah olsun, yüksək səviyyədə də illik məruzəmiz keçdi. Mən başa düşə bilmirəm nə narahatçılıq var. Bəli məzuniyyətdəyəm. Tutalım ki, mən xaricə getmişəm. Nədir jurnalistlər dalımca xaricə gələcəklər? Xaricdəyəm, ancaq hansı ölkədəyəm deməyəcəm. Səhətimdə isə heç bir problem yoxdur, yaxşıyam.”

Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə – 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.

Əli CAHANGİROĞLU / Bizimyol.info

Həmçinin oxuyun

Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt

Azərbaycan dövlətinin Türkiyənin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Əsassiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin …